Ru
22:27 / 19 Aprel 2019

İranda ABŞ cəsusları yaxalandı

1982
İranın
təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat nəticəsində İranda və
regionun digər ölkələrində 290 casus aşkar olunub.

 

BakuPost.az-ın məlumatına
görə, bu sözləri İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib.

 

 
O bildirib ki,
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq fəaliyyəti göstərənlər həbs edilib.
Digər dövlətlərin təhlükəsizlik orqanları ilə informasiya mübadiləsi sahəsində
əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələrə əsasən həmin dövlətlərə də məlumat
verilərək ərazilərində ABŞ-ın casus şəbəkəsinin olması bildirilib. M.Ələvi
dövlətlərin adını sadalamasa da qeyd edib ki, ABŞ-ın casus şəbəkəsi region
ölkələrində də geniş fəaliyyət göstərir.   Nazir qeyd edib
ki, hazırda həbs olunanlar dindirilir. Yaxın gələcəkdə ictimaiyyətə daha
ətraflı məlumat veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər