Ru
14:24 / 23 Mart 2026

İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ

İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı  SƏRT XƏBƏRDARLIQ
Eye

ABŞ-nin İran sahillərində və ya adalarında quru əməliyyatı keçirməsi halında İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə İslam Respublikasının Müdafiə Şurası məlumat verib.

"Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etmək cəhdi Fars körfəzində və sahil boyunca bütün dəniz yollarının, rabitə xətlərinin üzən sursatlar da daxil olmaqla müxtəlif növ dəniz minaları ilə minalanmasına səbəb olacaq", - deyə agentlik bəyanatdan bir hissəni sitat gətirib.

Bəyanatda, həmçinin qeyd olunur ki, İrana düşmən olmayan istənilən ölkə Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə bilər:

"Düşmən olmayan ölkələrin Hörmüz boğazından keçməsinin yeganə yolu İranla koordinasiyadır", - deyə açıqlamada qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar