Ru
16:07 / 23 Mart 2026

Müəllim olan arvadını öldürən şəxslə bağlı qərar...

Müəllim olan arvadını öldürən şəxslə bağlı qərar...
Eye

Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakupost.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.

Qeyd edək ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan - red.) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Onu da qeyd edək ki, Pərvanə Abbasova Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olub. Onun əri tərəfindən qətlə yetirildiyi bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar