ABŞ Prezidenti Tramp İranın hərbi təhdidlərinin real və ciddi xarakter alması səbəbindən ölkənin kritik infrastruktur obyektlərinə hücum planlarını müvəqqəti olaraq dayandırıb.
Bakupost.az “Tasnim” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ və Qərb maliyyə birjalarının təzyiqi, həmçinin istiqraz bazarına yönəlmiş risklər də bu qərarda mühüm rol oynayıb.
Bildirilib ki, heç bir danışıqlar aparılmayıb və hazırda da aparılmır.