Moskva sakinləri paytaxtın mərkəzində yerləşən ictimai tualetlərdə ödəniş problemləri ilə üzləşiblər. Sakinlərin sözlərinə görə, bir həftədən artıqdır ki, kabinələrdən istifadə etmək çətinləşib, bəzi hallarda isə ödəniş heç cür alınmır.
Bakupost.az “The Moscow Times”a istinadən xəbər verir ki, Tver küçəsində gəzən bir şəhər sakini bildirib ki, tualeti istifadə etmək praktiki olaraq mümkün deyil. Başqa bir sakin şərhi isə, “Şəhər tualetləri xüsusən nağdsız ödəniş zamanı böyük problem olub. Mən yola çıxmazdan qabaq əvvəl az içməyə çalışıram”, – deyib
Tualetlərə nəzarət edən “ОRK” şirkəti problemin səbəbini təsdiqləyib. Şirkət nümayəndələri bildiriblər ki, problemlər yalnız paytaxtın mərkəzində, mobil internetin məhdudlaşdırıldığı ərazilərdə baş verir. Bu səbəbdən istifadəçilər kabinələri açmaq üçün kartla ödəniş edə bilmirlər.
“Əvvəllər bir tualeti gündə orta hesabla 20 nəfər istifadə edirdi. Son günlər isə yalnız iki nəfər gedir. Texniki mütəxəssislər kabinələrin işləkliyini yoxlayır, lakin problem bizim tərəfdən deyil, internet provayderlərinin məhdudiyyətlərindən irəli gəlir. Mərkəzə yaxınlıq artdıqca ödəniş problemləri artır. Gecə isə bu hallar daha az olur. Nağd ödənişdə isə heç bir problem qeydə alınmayıb”, – deyə şirkətin açıqlamasında qeyd olunub.
Şirkət həmçinin bildirir ki, tualetlərin icazəli siyahıya daxil edilməsi üzrə işlər davam etdirilir. Bu, istifadəçilərin mobil internet və ödəniş sistemindən asılı olmadan tualetləri rahatlıqla açmasını təmin edəcək.
“Marağımız problemi ən qısa müddətdə həll etməkdir. Lakin bu, tamamilə bizim əlimizdə deyil. Son bir həftə ərzində ödəniş sistemini quraşdıran podratçılar və icazəli siyahıya qoşulma məsələsi üzrə aktiv iş aparılır”. – deyə “ОRK” nümayəndələri açıqlayıb.
Cavid, BakuPost