Ru
10:02 / 15 Noyabr 2026

Bu binalara istilik verilməyəcək - VİDEO

Eye

Borclarını ödəməyən binalar istiliklə təmin edilməyəcək.


"Bakupost" Xəzər TV-yə istinadən bildirir ki, bu barədə "Azəristiliktəchizat" ASC-dən bildirilib.

Qeyd olunub ki, sabahdan paytaxtda və ölkənin bir çox digər ərazilərində istilik mövsümünə start verilir. "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, abonentlərin böyük əksəriyyəti vaxtlı-vaxtında ödənişlərini edib və ötən mövsümdən heç bir borcları mövcud deyil.

Amma paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4%, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6%, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5%, Ağcabədi rayonunda istehlak edilən 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5%, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6%, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46% ödəniş edilib.

"Azəristiliktəchizat" bəyan edib ki, əgər ödənişlər edilməsə, qazanxanaların fəaliyyəti dayandırılacaq.

İstilik mövsümündə ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin xidmət göstərdiyi, iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda isə istilik verilişinə noyabrın 1-dən başlanılıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar