Ru
17:55 / 23 Mart 2026

“Gürcüstanın güc strukturlarında Rusiyanın təsiri var” – Gürcü tarixçidən ilginc açıqlamalar

“Gürcüstanın güc strukturlarında Rusiyanın təsiri var” – Gürcü tarixçidən ilginc açıqlamalar
Eye

Gürcüstanın təhlükəsizlik qurumlarında Rusiyanın təsirinin mövcud olduğunu iddia edən gürcü tarixçi bildirib ki, ölkədə davam edən etirazlara baxmayaraq, mövcud hakimiyyət Avropa inteqrasiyası prosesini ləngidir.

Bakupost.az xəbər verir ki, bu barədə Tbilisi Dövlət Universitetinin professoru, tarixçi Beka Kobaxidze “Centrum Europy” platformasına müsahibəsində deyib.

Tarixçi qeyd edib ki, Gürcüstanda kütləvi etirazların başlanmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq, aksiyalar hələ də davam edir. Qərbin isə hazırkı hökumətin siyasətinə reaksiyası əsasən simvolik xarakter daşıyır.

Onun sözlərinə görə, Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” partiyası ölkədə hakimiyyətini qorumaq və Rusiya ilə açıq qarşıdurmadan yayınmaq məqsədilə Avropa inteqrasiyası prosesini ləngidir.

“Əgər Rusiya Ukraynada məğlub olmağa başlasa və “Gürcü arzusu” hökuməti Rusiyanın dəstəyini itirsə, bu cəmiyyətə mübarizə aparmağın mümkünlüyünü göstərəcək”, – deyə Kobaxidze bildirib.

Tarixçi hesab edir ki, hazırkı hakimiyyət Avropa inteqrasiyasının ləng getməsinə görə məsuliyyəti Avropa Birliyinin üzərinə atmağa çalışır.

Tarixçinin fikrincə, regionda Rusiyanın güclü mövqeyi dəyişikliklərin əldə olunmasını çətinləşdirir.

“Rusiya qoşunları Tbilisidən cəmi 30–40 kilometr məsafədə yerləşir. Bu, faktiki olaraq bir günlük məsafə deməkdir. Buna görə cəmiyyətdə belə bir düşüncə formalaşır – mövcud vəziyyəti qoruyaq, artıq kifayət qədər itki vermişik”, — deyə o vurğulayıb.

Müsahibə zamanı tarixçi həmçinin Gürcüstanda qəbul edilən bəzi qanunların Rusiya qanunvericiliyinə bənzədiyini, Qərb sanksiyalarından dolayı ölkə iqtisadiyyatının müəyyən mənfəət əldə etdiyini və Rusiya ilə müharibələrin yaratdığı psixoloji travmanın cəmiyyətə uzunmüddətli təsir göstərdiyini qeyd edib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar