Ru
18:04 / 23 Mart 2026

Rusiya tankeri qırmızı cizgini keçdi – “Anatoliy Kolodkin” hər an həbs oluna bilər

Rusiya tankeri qırmızı cizgini keçdi – “Anatoliy Kolodkin” hər an həbs oluna bilər
Eye

Rusiya bayrağı altında üzən “Anatoliy Kolodkin” adlı neft tankerinin ABŞ tərəfindən saxlanılma təhlükəsi ilə üzləşib.

Bakupost.az “The Associated Press”ə istinadən xəbər verir ki, tanker ABŞ-ın tətbiq etdiyi neft embarqosundan yayınmaq məqsədilə Kuba istiqamətində hərəkət edir.

Məlumata görə, Anatoly Kolodkin tankerinin göyərtəsində təxminən 730 min barel neft var. Ümumilikdə 30 nəfərdən ibarət ekipaj əsasən Rusiya vətəndaşlarından ibarətdir.

İddialara əsasən, tanker son dəfə Şimali Atlantik okeanının ortalarında siqnal verib və rəsmi marşrut sənədlərində Hindistanın Vadinar limanından ABŞ-ın Boston şəhərinə doğru hərəkət etdiyi göstərilib.

Bununla yanaşı, bəzi Qərb mediası və analitiklər tanker üçün göstərilən marşrutun yanlış ola biləcəyini iddia edir. Onların fikrincə, gəmi əslində Kuba sahillərinə doğru istiqamət götürüb və mart ayının sonunadək Matanzas limanına çatacağı gözlənilir.

Məlumatlarda qeyd olunur ki, tanker hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin məsuliyyət zonasına daxil olub və mümkün saxlanılma riski ilə üzləşə bilər. Daha əvvəl ABŞ və Avropa qurumları Rusiyanın “kölgə donanması” adlandırılan tanker şəbəkəsinə qarşı müxtəlif tədbirlər həyata keçirdiyini bildirmişdi.

Bundan əvvəl Kuba ətrafında enerji böhranı ilə bağlı vəziyyətin gərginləşdiyi, ölkədə yanacaq çatışmazlığı fonunda etiraz aksiyalarının keçirildiyi barədə məlumatlar yayılmışdı. Bu vəziyyətin regionda enerji təminatı ilə bağlı əlavə risklər yaratdığı qeyd olunur.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar