Ru
19:22 / 23 Mart 2026

MKTB-lər ləğv olunur

MKTB-lər ləğv olunur
Eye

Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.

Bakupost.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur.

Onu da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil-kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat, idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar