ABŞ-nin İranla ciddi keçən danışıqlarında prezidentin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak ediblər.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ yüksək vəzifəli İran lideri ilə danışıb və danışıqların yeni raundu bu gün telefon vasitəsilə keçiriləcək.
O, həmçinin bildirib ki, ABŞ o cümlədən nüvə materiallarının İrandan çıxarılmasına nail olmağa çalışır.
O, İranla mühüm ortaq məqamların və razılıqların olduğunu vurğulayaraq bildirib ki, “indi münaqişəni bitirmək üçün şans var”.
“Sky News” bildirib ki, D. Trampın sözlərinə görə, İran sülh yolu ilə nizamlanma barədə razılaşma əldə etməyi çox istəyir.