Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.
Bakupost.az Teleqraf.az-a xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi Niyaməddin adlı şəxs törədib. Davaya səbəb tərəflər arasındakı pul borcu olub.
Dava zamanı G. Həmzəyevə məxsus “VAZ 2106” markalı maşın da əzilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində təbirlər görülür.