Ru
20:20 / 23 Mart 2026

Güzəştlərin ləğvi bazarı vurdu: Bəzi avtomobillər kəskin bahalaşdı – VİDEO

Güzəştlərin ləğvi bazarı vurdu: Bəzi avtomobillər kəskin bahalaşdı  – VİDEO
Eye

İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur.

Bakuost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, avtomobil elanları saytlarında əvvəllər 7-8 min manat arası təklif olunan Yaponiya istehsalı köhnə avtomobillər indi 12 mindən baha təklif edilir.

Avtomobil Dillerləri Assosasiyasının sədri Eyyub Əliyev deyir ki, sözügedən avtomobillərdə müşahidə olunan qiymət artımına səbəb yeni ekoloji təmiz avtomobillərə tətbiq olunan bir sıra güzəştlərin ləğv ounmasıdır.

Eyyub Əliyev hesab edir ki, ötən il bu avtomobillərin qiymətindəki ani enmə nəzərə alınsa, indiki vəziyyəti qiymət artımı yox, qiymətin yerinə qayıtması kimi də şərh etmək olar.

Ekspert vurğulayıb ki, hazırda bu avtomobillərin qiymətində ciddi artım var.

Eyyub Əliyevin sözlərinə görə, bu avtomobillərə olan tələb yenidən taksi fəaliyyəti üçün yox, kuryer xidməti və ya özəl şirkətlərin istifadəsi məqsədilə artıb.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar