Ru
21:55 / 23 Mart 2026

ABŞ-nin müharibəni bitirəcəyi tarix açıqlandı – Tramp Yaxın Şərqə gələ bilər

ABŞ-nin müharibəni bitirəcəyi tarix açıqlandı – Tramp Yaxın Şərqə gələ bilər
Eye

ABŞ administrasiyası Yaxın Şərqdə davam edən müharibəni 9 aprel tarixinə qədər başa çatdırmaq variantını nəzərdən keçirir.

Bakupost.az İsrailin “Ynet” nəşrinə istinadən xəbər verir ki, belə bir vaxt çərçivəsinin müzakirə olunmasının əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri ilə bağlıdır. Bildirilir ki, Trampın aprelin 22-də – İsrailin Müstəqillik Günü münasibətilə ölkəyə səfər etməsi ehtimal olunur.

Məlumata əsasən, səfər çərçivəsində ABŞ prezidentinə İsrail dövlətinin inkişafına verdiyi töhfələrə görə İsrail mükafatı təqdim edilə bilər. Nəşr qeyd edir ki, bu məsələ hazırda müzakirə mərhələsindədir və rəsmi təsdiq verilməyib.

Eyni zamanda, mənbələrin bildirdiyinə görə, Vaşinqton yaxın vaxtlarda İranla mümkün danışıqlar barədə İsrail tərəfini tam şəkildə məlumatlandırmayıb. İddialara əsasən, belə görüşlərin Islamabad şəhərində keçirilməsi ehtimalı müzakirə olunur.

Nəşr yazır ki, regionda gərginliyin davam etməsi fonunda ABŞ administrasiyası münaqişənin qısa müddətdə dayandırılması üçün diplomatik səyləri artırmağa çalışır. Bununla belə, rəsmi Vaşinqton və Tel-Əviv bu məlumatlarla bağlı hələlik açıq şərh verməyib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar