Ru
16:54 / 23 Mart 2026

Ağır yol qəzası – 2 maşın toqquşdu, sürücü öldü

Ağır yol qəzası – 2 maşın toqquşdu, sürücü öldü
Eye

Ağcabədidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Qəza zamanı Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar