İran Yəmənin Husi qruplaşmasını ABŞ-ın Tehranla münaqişəsini qızışdıracağı təqdirdə Qırmızı dənizdə gəmilərinə mümkün hücumlara hazırlaşmağa çağırır.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Hələlik ABŞ və Səudiyyə Ərəbistanı rəsmiləri qrupun geri çəkildiyinə inanırlar. Lakin münaqişə nə qədər uzun çəksə, husilərin əsas gəmiçilik marşrutlarını hədəf alma ehtimalı bir o qədər yüksəkdir”, - məlumatda bildirilib.