Ru
10:30 / 31 Mart 2026

Zaur Axundov ev dustaqlığında qaldı

Zaur Axundov ev dustaqlığında qaldı
Eye

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun ev dustaqlığında saxlanılma müddəti uzadılıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar çıxarıb.

Hakim xüsusilə külli miqdarda yeyintidə ittiham olunan şəxsin istintaqdan yayınma ehtimalının qarşısının alınması məqsədilə təqdimatı təmin edib.

Qərara əsasən, Axundovun yaşayış yerini dəyişməsini məhdudlaşdıran ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Z.Axundov Cinayət Mcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Onun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır. O, ölkədə olmadığından tutulması mümkün olmayıb. Qardaşların ikisinin də cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar