İranda terrorçuluqda ittiham olunan iki nəfər edam olunub.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, Babək Əlipur və Puya Qəbadi Ali Məhkəmənin qərarı üzrə edam ediliblər.
Həmin şəxslər terror qruplaşmasının üzvü olmaqda, odlu silahlarla, o cümlədən qumbaraatanlarla həssas və ictimai məkanlara hücum etməkdə təqsirli biliniblər.
Yanvar aksiyalarında iştirak edən Babək Əlipur və Puya Qəbadinin “Mücahidine-xəlq” qruplaşmasının üzvü olduqları bildirilir.
Qeyd edək ki, İran “Mücahidine-xəlq” qruplaşmasını terror təşkilatı kimi tanıyır.