Ru
22:47 / 15 Sentyabr 2021

İranın təxribatı: göndəriş vərəqələrində "Stepanakert, Armenia" yazılır - FOTO

7392

Xəbər verdiyimiz kimi, bu gün İrandan gələn iki yük maşınının sürücüləri qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olduqları üçün saxlanılıblar.


Bakupost.az xəbər verir ki, yükdaşıma ilə bağlı İran tərəfinin sürücülərə verdiyi göndəriş vərəqələrinin fotoları da sosial şəbəkələrdə paylaşılıb.


Belə ki, həmin sənəddə Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat edilib, vərəqdə "Xankəndi, Azərbaycan" yazılmaq əvəzində, "Stepanakert, Armenia" qeyd olunub. Bu da istənilən halda azərbaycanlı sosial şəbəkə istifadəçilərinin ciddi narazılığı ilə nəticələnib.


Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Cənab A Paşazadə bəs deyirdin yekə mollanın xeyir duası ilə biz qələbə çaldıq Budur xeyir dua Adam Sizə qulaq asanda xəcalət çəkir Gedin Cexiyada istirahət edin

  • Niyaməddin

    Alçaq, şərəfsiz, namussuz iran mollalarına əzablı ölüm arzulayırıq! Allah yox eləsin bu şərəfsizləri!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər