Ru
15:42 / 15 May 2026

İraqda yeni hökumət quruldu: Türkmənlərə yer verilmədi

İraqda yeni hökumət quruldu: Türkmənlərə yer verilmədi
Eye

İraq parlamenti Əli Zeydi tərəfindən təqdim olunan yeni hökumət kabinetinə etimad göstərib.

Bakupost.az xəbər verir ki, 270 deputatın iştirak etdiyi iclasda 14 nazirin təyinatı təsdiqlənib və Zeydi hökuməti rəsmi fəaliyyətə başlayıb.

Yeni hökumətdə İraq türkmənlərinə yer verilməməsi isə siyasi dairələrdə narazılıq yaradıb. İraq Türmən Cəbhəsinin Kərkükdən olan deputatı Ərşad Salihi prosesə sərt reaksiya göstərərək, “Türkmənlərin olmadığı hökumət natamam hökumətdir” deyib. Salihi bildirib ki, ölkədə ədalət bütün etnik və siyasi qrupların təmsil olunması ilə mümkündür və hökumətin bu qərarı yenidən nəzərdən keçirilməlidir.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar