Ru
18:23 / 26 May 2026

İrəvan müharibə vaxtı KTMT-dən yardım istəyib? - Şoyqu açıqladı

İrəvan müharibə vaxtı KTMT-dən yardım istəyib? - Şoyqu açıqladı
Eye

Ermənistan Qarabağ müharibəsi zamanı KTMT-dən kömək istəməyib.


Bakupost.az xəbər verir ki, bun Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Onlar həmişə uydurma bir bəhanə ilə KTMT tədbirlərində iştirak etməkdən imtina edirlər. Son vaxtlar iştirak etməmələrinin səbəblərini dəyişdirməyə belə əhəmiyyət vermirlər. Həmişə eyni şeyi deyirlər - KTMT qüvvələrinin Qarabağ ətrafında baş verən hadisələrə, Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı hadisələrə zəif, daha doğrusu, reaksiya verməməsi. Lakin KTMT müdafiə təşkilatıdır və təbii ki, bütün ikitərəfli sənədlərimizə görə, bir ölkəyə hücum edildikdə, bizə müdafiə üçün müraciət edildikdə reaksiya veririk”, - Şoyqu bildirib.

Şərhlər
  • B.Qarabağlı

    Beynəlxalq münasibətlərin İlkin şərti və Baş Prinsipi tərəflərin hüquqlarının tam-qarşılıqlı tanınması və toxunmazlığıdır! Cənab Şoyqu S. MDB daxili siyasi-hüquqi ən mühüm və qeyri-müyyən (müəmmalı) iki faktiki münasibətini açıqlayıb. A.Azərbaycanın ərazisini 1987-1993cü illərdə işğal etmiş Ermənistan, işğal etdiyi Azərbaycana qarşı yardım-köməklik istəyə bilməzdi! (aydın) B.Bəs KTMT, ən azı MDB üzvü Azərbaycanı 28 illik hərbi işğaldan azad etmək təklifində olubmu? Yoxsa, Azadlığa siyasi, ya hərbi dəstək üçün xüsusi müraciət gərəkmiş? C.Hər iki qonşu-qohum dövlətlər və cəmiyyətlər sabahkı (seçkidən sonra) münasibətləri necə düşünürlər? D.Baş Nazir vəzifəsinə bəzi namizədlərin münasibətlərində Azərbaycanı tanımamaq meylləri təbii ki, Sülh deyilmiş?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar