Ru
12:45 / 12 May 2026

İsrail “Dəmir Qübbə”ni ilk dəfə başqa ölkəyə göndərdi

İsrail “Dəmir Qübbə”ni ilk dəfə başqa ölkəyə göndərdi
Eye

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Volts İsrailin Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri göndərdiyini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Mayk Volts bildirib ki, BƏƏ İsrailin təqdim etdiyi “Dəmir Qübbə” sistemindən istifadə edib. Bununla da o, sistemin BƏƏ-yə göndərildiyini açıq şəkildə təsdiqləyən ilk rəsmi şəxs olub.

Bundan əvvəl “Axios” da İsrail və BƏƏ arasında müharibə dövründə hərbi və kəşfiyyat əməkdaşlığının ciddi şəkildə artdığını yazmışdı.

İddialara görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə BƏƏ prezidenti Məhəmməd bin Zayid Əl Nəhyan arasında aparılan danışıqlardan sonra İsrail ordusuna məxsus “Dəmir Qübbə” batareyası və onlarla israilli hərbçi BƏƏ-yə göndərilib.

Məlumatda qeyd olunur ki, BƏƏ ABŞ və İsraildən sonra “Dəmir Qübbə” sistemindən istifadə edən ilk ölkə olub və sistem İran tərəfindən atılan onlarla raketin qarşısını alıb.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar