İsrail ordusunun Qəzzaya endirdiyi silsilə aviazərbələr nəticəsində 23 nəfər ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, hücum zamanı Qəzza şəhəri və Xan-Yunis əsas hədəf alınıb.
İsrail Müdafiə Qüvvələri açıqlamasında zərbələrin HƏMAS-ın mövqelərini hədəf aldığını, bu addımın dünən səhər saatlarında yaraqlıların Qəzza zolağının cənubundakı Xan-Yunisdəki əsgərləri atəşə tutmasına cavab olduğunu bildirib.