Ru
16:24 / 13 May 2026

İsrail Təl-Əvivdəki ABŞ təyyarələrindən narazıdır! - “Ölkəyə ziyan vururlar”

İsrail Təl-Əvivdəki ABŞ təyyarələrindən narazıdır! - “Ölkəyə ziyan vururlar”
Eye

ABŞ-nin İranla müharibəyə görə Təl-Əvivdəki Ben-Qurion və Ramon hava limanlarına yerləşdirdiyi hərbi təyyarələr İsraildə narazılıq yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə İsrailin nəqliyyat naziri Miri Regev açıqlama verib. O bildirib ki, bu hava limanları faktiki olaraq hərbi bazaya çevrilib və bu vəziyyət ölkənin aviasiya sektoruna, eləcə də iqtisadiyyata ciddi zərər vurur.

ABŞ təyyarələrinin uzun müddət qalması yerli aviaşirkətlərin fəaliyyətini məhdudlaşdırıb, bəzi təyyarələrin xaricdə saxlanmasına səbəb olub. Xarici aviaşirkətlərin sayı kəskin azalıb, sərnişin axını isə 2026-cı ilin aprelində ötən illə müqayisədə 74 faiz düşüb.

İsrail tərəfi ABŞ-nin hərbi təyyarələri mülki hava limanlarından çıxarmağını gözləyir.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar