Ru
19:44 / 23 May 2026

İsrailli nazirin Fransaya girişi qadağan edildi

İsrailli nazirin Fransaya girişi qadağan edildi
Eye

Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə girişinə qadağa qoyub.


Bakupost.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro sosial şəbəkə hesabında açıqlama yayıb.

O bildirib ki, Ben-Qvirin Fransa ərazisinə girişi bu gündən etibarən qadağan edilir. Nazir həmçinin Avropa İttifaqını İsrail nazirinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Qərar beynəlxalq sularda saxlanılan “Global Sumud” fəallarına qarşı rəftarla bağlı artan reaksiyalar fonunda verilib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə sosial media paylaşımında saxlanılan fəallara qarşı davranışı müdafiə edib. O, “İsrailə xoş gəlmisiniz” sözləri ilə paylaşdığı videoda Aşdod limanına gətirilən fəalların görüntülərini yayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar