Ru
17:40 / 14 May 2018

İTV-də baş direktor qalmaqalı - MTRŞ məsələyə reaksiya verdi

İTV-də baş direktor qalmaqalı -  MTRŞ məsələyə reaksiya verdi
Eye

Bir neçə gündür, İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktorun seçilməsi məsələsi müzakirə olunur.



BakuPost xəbər verir ki, qanunun tələbi ilə İctimai Televiziyaya baş direktor təyin edilmir, seçilir. Seçilməsi üçün isə Milli Televiziya və Radio Yayımları Şurası müsabiqə elan etməli, kriteriyalara cavab verən şəxslərin məlumatları Yayım Şurasına göndərilməlidir, Yayım Şurası öz növbəsində yeni baş direktoru seçməlidir. Lakin heç bir müsabiqə olmadan İTV-nin baş direktorun seçildiyi barədə məlumat yayması müzakirələrə yol açı. Bu gün isə MTRŞ İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün namibzədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. İTV-nin baş direktorun seçilməsindən sonra müsabiqə elan etməsi vəziyyəti bir qədər də qarışdırıb.



Məsələyə aydınlıq gətirmək üçün BakuPost-un əməkdaşı Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədovla əlaqə saxlayıb. T. Məmmədov saytımıza açıqlamasında bildirib ki, qanunla İTV-nin baş direktorluğuna namizədlər üçün müsabiqə elan olunmalıdır: "Özünüz də bilirsiniz ki, İTV-nin baş direktoru seçki ilə müəyyən edilir. Ona görə müsabiqə elan olunmalıdır. MTRŞ da həmişə müsabiqə elan edib və sənədləri Yayım Şurasına göndərib. Bundan sonra onlar özü baş direktoru seçib. Qanuni prosedur budur”. 



T. Məmmədov Balakişi Qasımovun İTV-də müvəqqəti baş direktor olduğunu qeyd edib: "Yayım Şurası Balakişi Qasımovu İTV-yə müvəqətti baş direktor seçib. Qanun var, ona görə də demək olar ki, yayılan açıqlamada baş direktorun müvəqqəti seçildiyi yazılmayıbsa belə, yenə də müvəqqəti olduğu bəllidir”.



Aparat rəhbəri B. Qasımovun da namizədliyini verə biləcəyini deyib: "Balakişi Qasımov elan olunan müsabiqənin şərtlərinə cavab verirsə, namizədliyini də verə bilər. Kriteriyalara cavab verən hər kəs müsabiqəyə qatıla bilər”.



Nigar



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar