Ru
12:45 / 20 May 2025

79 yaşına əsərlərinin XV cildliyi ilə daxil oldu - VİDEO

79 yaşına əsərlərinin XV cildliyi ilə daxil oldu -  VİDEO
Eye

Bu gün 79 yaşı tamam olan Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin son buraxılışında “Seçilmiş əsərlərinin” XV cildini təqdim edib.

O, bütün əsərlərini 15 cilddə nəşr etdirmək istədiyini, ancaq bunun baş tutmadığını bildirib:

"Təəssüf ki, bütün əsərlərim 15 cildə yerləşmədi. Ona görə də XV cildə öz yazılarım qədər doğma olan tərcümələri yığdım. Bu kitab dünya ədəbiyyatında seçmələrdir".

S.Rüstəmxanlı mətbuatda kitab reklamının azalmasından da gileylənib:

“Görünür, öz əsərlərimizi özümüz reklam eləməliyik. Buna normal baxmaq lazımdır və oxucularımızı da buna öyrətməliyik".

Xalq şairi özü üçün xüsusi dəyərə sahib olan 2 əsərindən də danışıb: “Mənim 2 böyük əsərim də var ki, kitablara düşməyib. Təəssüf ki, onları təqdim etmək mümkün deyil. Bəlkə nə vaxtsa bir hissəsini təqdim etmək olar. Onlardan biri Azərbaycada 1989-cu ildə çap olunmuş “Azərbaycan” qəzetidir, o da mənim əsərimidir. Digəri isə müstəqillik aktıdır, onu imzalayandan biri mən olduğum üçün özümü müəlliflərdən biri hesab edirəm”.



Ayxan,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar