Ru
12:13 / 20 May 2025

Ermənilərə casusluq edən İqbal Əbilova hökm oxundu

Ermənilərə casusluq edən İqbal Əbilova hökm oxundu
Eye

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edərək dövlətə xəyanətdə təqsirləndirilən İqbal Şahin oğlu Əbilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakupost.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, o, 18 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanətdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

İqbal Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar