Ru
09:14 / 08 İyun 2017

Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü - Maşın bir neçə dəfə aşıb

Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü -  Maşın bir neçə dəfə aşıb
Eye

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.



BakuPost.az-ın "Report”a istinadən məlumatına görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.



Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA” bir neçə dəfə aşıb.



Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb. 

 

BakuPost

 






Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü -  Maşın bir neçə dəfə aşıb
Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü -  Maşın bir neçə dəfə aşıb
Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü -  Maşın bir neçə dəfə aşıb
Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü -  Maşın bir neçə dəfə aşıb
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar