Ru
09:15 / 17 İyul 2025

"TikTok"da tanışına böhtan atan qadın cərimələndi

"TikTok"da tanışına böhtan atan qadın cərimələndi
Eye

"TikTok"da tanışına böhtan atan qadın cəzalandırılıb.


Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib.

Gədəbəy rayonunda qeydiyyatda olan və Sumqayıtda yaşayan Xəyalə Qəmbərovanın telefonu sındığı üçün özünə yeni telefon alıb. O, kontaktdakı telefon nömrələri silindiyi üçün "WhatsApp"da olan adsız nömrələrə işarə göndərərək, kontaktında olan nömrələri tapmaq istəyib. Bu vaxt ona tanımadığı bir nömrədən mesaj gəlir və həmin şəxs nəyə görə ona işarə göndərdiyini soruşub. Xəyalə vəziyyəti ona başa salıb və telefonunun kontaktındakı adların hamısının silindiyini bildirib. Amma həmin şəxs Xəyaləyə inanmayıb və onu təhqir edib. Xəyalə araşdırmalarla müəyyən edir ki, həmin şəxs onun sinif yoldaşından boşanan həyat yoldaşı Rəmziyyə Rüstəmovadır. Xəyalə qadını başa salmaq istəsə də, qadın ona sifarişlə yazdığını bildirib.

Amma söhbət bununla yekunlaşmayıb. R.Rüstəmova "TikTok"da özünə məxsus hesabda Xəyalə Qəmbərova barədə əxlaqsız məlumatlar yayıb və onun telefon nömrəsini həmin şəbəkələrdə paylaşıb, adını isə "Ər axtaran Xəyalə", "Evli kişilərə tamah salan Xəyalə" yazıb. Nəticədə Xəyalə Qəmbərovaya müxtəlif nömrələrdən zənglər gələrək ona əxlaqsız təkliflər edilib.

Çarəsiz qalan X.Qəmbərova məsələ ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı R.Rüstəmovanın X.Qəmbərovaya böhtan atması üzə çıxıb. Məhkəmənin hökmü ilə R.Rüstəmova 2 500 manat cərimə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar