“Rusiya Kommunistləri” partiyası baş nazir Mixail Mişustinə Rusiyaya düşmən olan ölkələrin mətbəxini təqdim edən iaşə obyektlərinə xüsusi vergi tətbiq etməyi təklif etmək niyyətindədir.
Bakupost.az xəbər verir ki, bu barədə “Abzas” nəşrinə müsahibəsində partiyanın sədri
Sergey Malinkoviç deyib.
"Rusiyaya düşmən olan ölkələrin mətbəxini təbliğ etmək düzgün deyil. Bu ölkələr rus mətbəxi restoranlarını inkişaf etdirməyə kömək etmirlər. Belə restoranlar faktiki olaraq həmin ölkələrdə yoxdur", - Malinkoviç hesab edir.
Bundan əlavə, Malinkoviç Azərbaycan və Türkiyə yeməkləri təqdim edən kafelərin xüsusi vergiyə cəlb edilməsi ilə bağlı müzakirələrin aparılmasına çağırır.
Zaur,
BakuPost