Ru
13:52 / 17 İyul 2025

Nəvələri ilə gəzintiyə çıxan kişi faciəli şəkildə öldü

Nəvələri ilə gəzintiyə çıxan kişi faciəli şəkildə öldü
Eye

Qazaxda 68 yaşlı kişi göldə boğulub.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həmid oğlu Rəhimov beş və yeddi yaşlı nəvələrini kənd ərazisindəki gölün kənarında gəzintiyə çıxararkən bədbəxt hadisə ilə üzləşib.

Göl kənarında gəzən kişinin qəfil ayağı sürüşüb gölə düşüb. 68 yaşlı kişi köməksiz vəziyyətdə qaldığından boğulub ölüb.

Azyaşlıların məlumatından sonra ailə üzvləri kişinin meyitini sudan çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar