Ru
19:09 / 17 İyul 2025

“Vosmoy bazarı”nın adı dəyişdirildi

“Vosmoy bazarı”nın adı dəyişdirildi
Eye

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib.

Bakupost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bazar “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini “Riko” adı ilə davam etdirməyə başlayıb.

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə yaradılıb. 2023-cü ilin sonlarında “8-ci km Ticarət Mərkəzi” MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar