İsrail hərbçiləri Cənubi Livana yeni zərbə endirib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumun məqsədi "Hizbullah" təşkilatının hərbi qanadının "Radvan" bölməsinin dəniz qüvvələrinin komandiri Həsən Əhməd Sabranın öldürülməsi olub.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbə Livanın cənubunda yerləşən Kfur yaşayış məntəqəsi ərazisinə endirilib.