ABŞ-nin məşhur döyüş təyyarəsi A-10 “Thunderbolt II”, yəni “Warthog”, elə möhkəmdir ki, onu dəfələrlə vurmağa çalışıblar, amma müvəffəq olmayıblar.
Bakupost.az xəbər verir ki, təyyarə həm görünüşü, həm də dözümlülüyü ilə artıq əfsanəyə çevrilib.
“Warthog” 1970-ci illərdə Sovet tanklarına qarşı hazırlanıb. Onun içində pilotu qoruyan xüsusi metal (titan) var. Hətta təyyarənin mühərriki zədələnsə belə, o uçmağa davam edə bilir. Yanacaq çənləri güllə dəysə belə öz-özünü bağlayır. Təyyarənin idarəetmə sistemləri də xüsusi qurulub – biri sıradan çıxsa, o biri işləyir.
Bu təyyarə bir çox döyüşdə sınaqdan çıxıb. Məsələn, 2003-cü ildə bir pilot təyyarəni 100 dəfə vurulmasına baxmayaraq, sağ-salamat bazaya qaytara bilib. Bu hadisə hərb tarixinə düşüb və “Warthog”un nə qədər möhkəm olduğunu göstərib.
“Warthog”un başqa bir üstünlüyü onun qabağında yerləşən böyük topdur. Bu silah saniyədə onlarla güllə ata bilir. Təyyarə çox sürətli olmasa da, çevikdir və raketlərdən yayına bilir.
Hazırda bu təyyarələrin bir hissəsi istifadədən çıxarılır və onların yerinə F-35 kimi yeni döyüş təyyarələri gəlir. Amma bir çox hərbçilər deyir ki, “Warthog” kimi yer qüvvələrinə dəstək verə bilən başqa təyyarə yoxdur.
“Warthog”un 100 dəfə vurulub yerə salına bilməməsi rəsmi sənədlərdə tam təsdiqlənməsə də, real döyüşlərdə onun nə qədər güclü olduğu dəfələrlə sübut olunub. Ona görə də bu təyyarəyə “uçan tank” deyirlər və bu ad ona tam yaraşır.
Aysel,
BakuPost