Ru
17:33 / 17 İyul 2025

Yatmağına mane olan 1 yaşlı qızını öldürdü

Yatmağına mane olan 1 yaşlı qızını öldürdü
Eye

Bakıda 1 yaşlı qızını amansızlıqla öldurməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Vakupost.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə dövlət ittihamçısı təqsirləndirilənin 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm elan edilib. Valeriy Tolmaçev 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək k, hadisə 2024-cü il noyabrın 8-də Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində baş verib. V.Tolmaçev qeyri-rəsmi nikahda yaşadığı Sevda Qocayevadan nikahdan kənar dünyaya gələn 2023-cü il təvəllüdlü Tolmaçeva (Qocayeva) Mədinəni qəsdən öldürməkdə təqsirləndirilib.

Hadisənin baş verməsinə səbəb isə 1 yaşli körpənin ağlayaraq atasının yatmasına mane olması olub.

O sərxoş halda körpənin ağlamasından hiddətlənərək onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar