İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işləri üzrə naziri Mixael Malkieli istefa ərizəsini yazaraq Baş nazir Benyamin Netanyahuya təqdim ediblər.
Baklupost.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Qeyd olunur ki, ultraortodoksal "Şas" partiyasını təmsil edən hər üç nazir dindar yəhudi tələbələr üçün imtiyazları saxlamaqda israr edir və hökumətin bu istiqamətdə siyasətinə etiraz edirlər.