Xəzər dənizi boyunca sahilyanı ərazilərin çirkləndirilməsinin qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı məişət tullantılarını müəyyən olunmuş yerlərdən kənara atan şəxslər aşkar edilib.
Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən nəzarət tədbirləri nəticəsində 20 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Ən çox pozuntu Xətai rayonunda (13 nəfər) qeydə alınıb. Qaradağ və Suraxanı rayonlarında 2, Binəqədidə isə 3 nəfər belə hallara görə saxlanılıb.