Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın baş nazir seçilib.
Bakupost.az xəbər verir ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Sviridenkonun namizədliyi təsdiqlənərək baş nazir seçilib.
Sviridenko buna qədər Ukraynanın iqtisadiyyat naziri olub. 39 yaşlı yeni baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.
İclasda Prezident Vladimir Zelenski də iştirak edib.
Müstəqil Ukraynanın tarixində ilk qadın baş nazir Yuliya Timoşenko olub.