Ru
20:40 / 17 İyul 2025

Ermənilərin ağası Rusiyadır - Abramyan

Ermənilərin ağası Rusiyadır - Abramyan
Eye

Rusiya çox hallarda öz milli maraqlarını hər şeydən üstün tutur – bu, normaldır, Ermənistanda da belə olmalıdır, lakin baş nazir Nikol Paşinyan Ermənistanın maraqlarını gözləmədən hərəkət edir. Ermənistanın maraqlarından biri də Rusiyayla bir yerdə olmaqdır”.


Bakupost.az xəbər verir ki, bu barədə Rusiyadakı Ermənilərin İttifaqının rəhbəri Ara Abramyan bildirib.

"Ermənistanda və digər dövlətlərdə də eyni yanaşma olmalıdır. Amma Ermənistanın baş naziri Ermənistanın maraqlarına uyğun davranmır. Ermənistanın maraqlarına uyğun olan – Rusiyayla bir yerdə olmaqdır. Mən iyirmi səbəb saya bilərəm ki, niyə biz Rusiyayla bir yerdə olmalıyıq,” – deyə Abramyan bildirib.

O vurğulayıb ki, istər Rusiyada, istərsə də xaricdə yaşayan ermənilər Rusiyanı bir supergüc (əslində ağa-red.) kimi görürlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar