Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə minik maşını yolun kənarına aşıb.
Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.