Ru
22:03 / 11 Fevral 2019

Kamal Abdulla ona üsyan edən xanım dekanı işdən çıxardı - AÇIQLAMA

Kamal Abdulla ona üsyan edən xanım dekanı işdən çıxardı  - AÇIQLAMA
Eye



Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb. 



V. Ağabəyli BakuPost-a bildirib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar.



O, ADU-da əleyhinə çıxmamış insanların da hazırda hədəf olduğunu bildirib: "Kamal Abdulla az qalır desin ki, torpaqlarımızın da işğalında mənim əlim var. Kimlər ki, mənim əleyhimə çıxmayıblar, növbəti hədəf onlardır. Pərvin Mürsəlovanı da bu gün işdən çıxardı, görək daha sonra kimləri çıxarır”.    

 

Dekan qeyd edib ki, işdən 70 C maddəsi ilə çıxarılıb.



Qeyd edək ki, bundan öncə K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı V. Ağabəyliyə töhmət verildiyini açıqlamışdı. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı.

 

Nigar

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar