Ru
17:25 / 14 Oktyabr 2019

Karles Puçdemon həbs ediləcək

1927
İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonla bağlı yeni beynəlxalq və Avropa həbs qərarı verib.

BakuPost.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarında deyilir.

Sənəddə göstərilib ki, Puçdemon üsyana təkid etmə və mənimsəmə maddələri ilə cinayət törədib.

Xatırladaq ki, K.Puçdemon 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən referendumdan sonra İspaniyadan Belçikaya qaçıb.

Daha əvvəl İspaniya Ali Məhkəməsi Kataloniya separatçılarının rəhbərlərinin 13 ilə qədər müxtəlif həbs cəzalarına məhkum edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər