“Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasəti ölkədə ciddi sosial-iqtisadi böhrana gətirib çıxarıb”.
“Bakupost” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının keçmiş mətbuat katibi Yuliya Mendel “X” sosial şəbəkə hesabında bildirib.
O, Zelenskinin vədlərinin puç olduğunu vurğulayıb:
“Onun dünyaya növbəti “qələbəyə aparan yol” kimi təqdim etdiyi proses, əslində, insanların sağ qalması üçün vacib olan infrastrukturun məhv olması ilə nəticələnir. Bu qış ukraynalılar yemək, pul, yanacaq, su və elektrik enerjisi olmadan nə edəcəklər? Artıq Ukrayna “yaşamağın getdikcə daha da qeyri-mümkün olduğu” xarabalıqlara çevrilir”.
Qeyd edək ki, bundan öncə Yuliya Mendel Ukrayna cəmiyyətində müharibə əleyhinə əhval-ruhiyyənin artdığını bəyan etmişdi:
“Ölkədə dövlətə xəyanət ittihamlarının sayı artır, halbuki bir çox hallarda insanlar sadəcə sülh haqqında fikir bildirirlər. Zelenski administrasiyasının nəzarətində olan televiziya isə müharibəni heç vaxt bitməyəcək dəyişməz bir reallıq kimi təqdim edir”.