Qərblə yaxınlaşan nüvə müharibəsi səbəbindən Rusiya əhalisi bir milyonluq böyük şəhərlərdən kəndlərə köçürülməlidir.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı filosof, ideoloq Aleksandr Dugin deyib.
Onun sözlərinə görə, Qərb ölkələri ilə müharibə sadəcə ehtimal olunan deyil, həm də demək olar ki, qaçılmazdır və onun nüvə müharibəsinə çevrilməsi daha çox ehtimal olunandır:
“Bütün həyatın, bütün sənayenin və bütün iqtisadiyyatın cəmləşdiyi Rusiya meqapolisləri hədəfə çevrilir. Buna görə də şəhərlərin, xüsusən də meqapolislərin təcili və kütləvi şəkildə köçürülməsi zəruridir. Böyük şəhərlər - Moskva, Sankt-Peterburq, Yekaterinburq olmayacaq. İnsanlar dinc yaşamaq üçün torpağa gedəcəklər. Hündürmərtəbəli binalar isə, məsələn, Bitkoin hasilatı üçün fermalara çevrilə bilər. Qoy kompüterlər orada yaşasın, robotlar orada yaşasın”.