Ru
18:24 / 14 Avqust 2026

Minaya düşən Kamran Süleymanovun oğlu: "Ayağı amputasiya olunmalıdır" - VİDEO

Minaya düşən Kamran Süleymanovun oğlu: "Ayağı amputasiya olunmalıdır"  - VİDEO
Eye

Kəlbəcərdə minaya düşən 73 yaşlı Kamran Süleymanovun müalicəsi Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasında davam etdirilir.

"Bakupost" xəbər verir ki, bunu Teleqraf-a Kamran Süleymanovun oğlu Rəşid Süleymanov məlumat verib. O, atasının ayağının amputasiya olunacağını deyib:

"Atamın müalicəsi davam edir. Sağ ayağı amputasiya olunmalıdır. Hələlik əməliyyat edilməyib. Hadisə Sarıyataq adlanan ərazidə baş verib. Atam orada təsərrüfatla məşğul olurdu".

Hadisə ilə əlaqədar DİN, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar