Ru
17:10 / 14 Avqust 2026

Şok tapıntı: Köhnə binanın divarından 9 milyon avroluq xəzinə çıxdı - FOTO

Şok tapıntı: Köhnə binanın divarından 9 milyon avroluq xəzinə çıxdı - FOTO
Eye

Belçikanın Dendermonde şəhərində həyata keçirilən təmir işləri zamanı hər kəsi təəccübləndirən hadisə baş verib.

"Bakupost" yerli KİV-lərə istinadən xəbər verir ki, sosial yardım təşkilatına məxsus köhnə binanın divarından təxminən 9 milyon avro dəyərində qızıl külçələr və sikkələr aşkarlanıb.

Flandriya bölgəsində yerləşən binanın zirzəmisində təmir aparan fəhlələr divarı sökerkən içərisində gizlədilmiş dəmir sandıqla qarşılaşıblar. İnşaatçılar dərhal binanın sahibini və hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.

Polis əməkdaşları tərəfindən qorunan əraziyə gətirilən sandıq təhlükəsiz yerə köçürülüb. Şərqi Flandriya Prokurorluğu tərəfindən faktla bağlı genişmiqyaslı araşdırma başlanılıb. İstintaqın əsas məqsədi milyonluq xəzinənin kimə məxsus olduğunu, binaya nə vaxt və kim tərəfindən gizlədildiyini, eləcə də qanuni yollarla əldə edilib-edilmədiyini müəyyənləşdirməkdir.

Digər tərəfdən, divardan dəyərli sərvətin tapıldığı xəbəri qısa müddətdə ölkə gündəminə səbəb olub. Hadisəni eşidən çoxsaylı həvəskar xəzinə ovçusu bölgəyə axın edib. Milyonluq xəzinənin son sahibinin kim olacağı isə aparılan araşdırmalardan sonra bəlli olacaq.

Bilal,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar