Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinin “ADNOC” şirkətinə məxsus iki tankerə hücum edildiyi bildirilib.
“Bakupost” xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmayıb. Şirkət rəsmiləri vəziyyətin tam nəzarətə götürüldüyünü açıqlayıb.
BƏƏ Xarici İşlər Nazirliyi hücuma görə İran İnqilab Keşikçiləri Ordusunu ittiham edərək hadisəni pisləyib.
Nazirlik ticarət gəmilərinin hədəfə alınmasının və Hörmüz boğazının iqtisadi təzyiq vasitəsi kimi istifadəsinin regional sabitlik və qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bildirib.
BƏƏ İranı bütün hücumları dayandırmağa və qlobal ticarətin təhlükəsizliyi üçün Hörmüz boğazını tam və şərtsiz şəkildə gəmiçilik üçün açmağa çağırıb.
Vüsalə Hüseynova,
BakuPost