Ru
15:19 / 14 Avqust 2026

Təyyarə sürətində qatar

Təyyarə sürətində qatar
Eye

Çində sınaqdan keçirilən eksperimental “maglev” qatarı sıfırdan saatda 800 kilometr sürətə cəmi 5,3 saniyəyə çatıb.

“BakuPost” xəbər verir ki, Hubei əyalətindəki 1 kilometrlik sınaq xəttində keçirilən test “East Lake Yüksək Sürətli Dəmiryolu Laboratoriyası” tərəfindən hazırlanıb.

Sistemin əsasını maqnit qaldırma və elektromaqnit itələmə texnologiyası təşkil edir. Bu texnologiya qatarın relslə fiziki təmasını aradan qaldıraraq sürtünməni əhəmiyyətli dərəcədə azaldır və yüksək sürətə daha qısa müddətdə çatmağa imkan verir.

Tədqiqatçıların uzunmüddətli məqsədi saatda 1000 kilometr sürətə çata bilən “maglev” sistemləri hazırlamaqdır.

Qeyd edək ki, texnologiyanın gələcəkdə yalnız sərnişin daşımalarında deyil, kosmik aparat və peyklərin buraxılması üçün elektromaqnit sistemlərində də istifadə edilə biləcəyi bildirilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar