Ru
22:59 / 21 May 2026

Keçmiş zabitdən etiraf: ABŞ Polşada Rusiyaya qarşı kəşfiyyat aparırdı

Keçmiş zabitdən etiraf: ABŞ Polşada Rusiyaya qarşı kəşfiyyat aparırdı
Eye

Amerikalı hərbçilərin Polşada rotasiyasının dayandırılması ABŞ-ın Rusiyaya qarşı casusluq imkanlarını azaldacaq.

Bakupost.az xəbər verir ki, bu barədə "Politico" nəşri keçmiş ABŞ zabitinə istinadən yazıb.


ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının keçmiş zabiti Mark Montqomerinin sözlərinə görə, hərbçilərin “şərq cinahı”ndan çıxarılması informasiya toplamaq üçün əldən verilmiş imkanlar deməkdir.

“Qoşunlarımızın belə ön mövqelərdə yerləşdirilməsi bizə radioelektron kəşfiyyat aparmaq, hətta agentura kəşfiyyatı həyata keçirmək, Kalininqrada və Sankt-Peterburqa bir göz atmaq imkanı verirdi”, - deyə o bildirib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar