Kəlbəcərdə noyabrın üç gün əvvəl başlayan yanğın davam edir.
Bakupost.az xəbər verir ki, yanğın genişlənərək Yuxarı Ayrım və Otaqlı kəndləri, həmçinin Laçın rayonu kəndlərinə yayılıb.
Oğuldərə kəndi ərazisində dağlarda yanğının genişləndiyi müşaiət olunur.
Yanğının qarşısını almaq üçün əlavə dəstələr, o cümlədən FHN-nin Laçın, Kəlbəcər, Gəncə və Tərtər rayonlarından yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.